• 21 Sentyabr 2020
logo
Səfir: Azərbaycan və İsrail əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir

Səfir: Azərbaycan və İsrail əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir

Azərbaycan və İsrail arasında münasibətlər daim inkişaf edir. Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stiv Bakıda “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda keçirilən konfransda deyib.
Səfir qeyd edib: "Azərbaycan ildən-ilə inkişaf edir və bu inkişaf bizi sevindirir".
Diplomat vurğulayıb ki, ölkəsi Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa xüsusi önəm verir:
"Ölkələrimiz xüsusən hərbi və enerji sahələrində sıx əməkdaşlıq edir, lakin son illər əməkdaşlığımız digər sahələrdə də genişlənir".
İsrail səfiri Azərbaycanın tolerantlıq nümunəsi olduğunu da əlavə edib.