• 1 İyul 2025
logo
Ağsuda güclü yanğın başlayıb

Ağsuda güclü yanğın başlayıb

Ağsu rayonunda güclü yanğın başlayıb.
Trend-in məlumatına görə, hadisə rayonun Keçdiməz kəndinin dağlıq ərazisində baş verib. Quru ot sahəsində başlayan yanğın qısa müddətdə ətrafa yayılıb.
Hadisə yerinə Ağsu və Şamaxı rayonlarından yanğın-mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib.