• 24 Aprel 2024
logo
Koronavirusa yoluxmuş millət vəkili xəstəxanadan buraxılıb

Koronavirusa yoluxmuş millət vəkili xəstəxanadan buraxılıb

Koronavirusa yoluxan deputat Sahib Alıyev xəstəxanadan buraxılıb.

Deputat açıqlamasında bildirib ki, səhhəti yaxşıdır, 4 gün əvvəl xəstəxanadan evə buraxılıb.

“Artıq 4 gündür ki, müalicəmi evdə davam etdiririk. Müalicə hələ 3 həftə ərzində davam edəcək. Ailə üzvlərimdən, sadəcə, həyat yoldaşımda virus aşkarlanmışdı. O da virusu simptomsuz keçirir, vəziyyəti yaxşıdır”, - deyə deputat bildirib.