• 20 Aprel 2024
logo
Pandemiyanın Avropa klublarına vurduğu zərər açıqlanıb

Pandemiyanın Avropa klublarına vurduğu zərər açıqlanıb

Koronavirus pandemiyasının Avropa klublarına vurduğu ziyanın məbləği müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, Avropa Klublar Assosiasiyasının hesabatında əksini tapıb.

Bildirilir ki, klublar ümumilikdə 3,6 milyard avro itirəcək. Bunun böyük hissəsi gələn mövsümə təsadüf edəcək. Cari mövsümdəki itki 1,5, gələn mövsümdəki isə təxminən 2,1 milyard olacaq.

Qeyd edək ki, hesabatda transferlərdən əldə oluna biləcək vəsait nəzərə alınmayıb.