• 27 Aprel 2024
logo
Almaniya şirkəti Azərbaycana koronavirus testləri ixrac etmək niyyətindədir

Almaniya şirkəti Azərbaycana koronavirus testləri ixrac etmək niyyətindədir

Almaniya şirkəti Azərbaycana koronavirusun müəyyənləşdirilməsi üçün testlər ixrac etmək niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, Almaniyanın "BİOTYPE Gmbh" müəssisəsi tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyasının müəyyən olunması üçün istehsal etdiyi testlərin satışı ilə əlaqədar əməkdaşlıq təklifi daxil olub.

Sahibkarlar müəssisə barədə ətraflı məlumat əldə etmək üçün Fonda müraciət edə bilərlər.