• 26 Aprel 2024
logo
Moped ağaca çırpıldı, ölən və yaralanan var

Moped ağaca çırpıldı, ölən və yaralanan var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Nəsimi rayonu, R. Behbudov küçəsində Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü İbrahim Cəfərov idarə etdiyi mopedi ağaca çırpıb. İ.Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb. Moped zərbənin nəticəsindən yolun kənarında 1992-ci il təvəllüdlü E.Əsgərova dəyib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanıb.