• 23 Aprel 2024
logo
“İctimai nəqliyyatda və marketlərdə sərt qaydalar qoyulmalıdır”

“İctimai nəqliyyatda və marketlərdə sərt qaydalar qoyulmalıdır”

“İctimai nəqliyyatda və marketlərdə sərt qaydalar qoyulmalıdır. Küçələrdə boşuna gəzənlərə yüksək cərimələr tətbiq olunmalıdır. Maddi çətinliyi olanlara dövlət dərhal yardım etməlidir”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında tanınmış həkim Vaqif Qarayev deyib. O, bildirib ki, bütün bunlar olmadığına görə qarşılıqlı ittihamlar dayanmır. Nəticədə üçrəqəmli yoluxma səngimir. Bəzi jurnalistlər də hökuməti tənqid etməklə əhalinin məsuliyyətsizliyinə rəvac verir. Hökuməti, həkimləri tənqid edin, amma bir cümlə ilə də olsa əhaliyə də çağırış edin. Yoxsa lağlağı modunda biz yoluxma zəncirini qıra bilmərik. İş yerlərində növbəlilik təşkil olunmalıdır. Hamı işə niyə çıxsın ki? Evdən də işləmək olar”.