• 1 Oktyabr 2020
logo
Lənkəranda “Mercedes” aşdı - Ölən və xəsarət alanlar var

Lənkəranda “Mercedes” aşdı - Ölən və xəsarət alanlar var

Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 23-də saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Bakı şəhər sakini V.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Azadə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.