• 26 Aprel 2024
logo
Baş həkim: Göyçayda COVİD-19-a yoluxma ilə bağlı müraciət yoxdur

Baş həkim: Göyçayda COVİD-19-a yoluxma ilə bağlı müraciət yoxdur

Göyçay rayonunda COVİD-19 virusuna yoluxma hallarına rast gəlinmir.

Bunu açıqlamasında "Göyçay rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Elçin Bilalov deyib.

Onun sözlərinə görə, hazırda rayon əhalisi nəzarətdə saxlanılır, mütəmadi olaraq bu xəstəliklə bağlı yoxlamalar keçirilir: "Bir müddət əvvəl tək-tək şəxslərdə şübhəli məqamlar oldu ki, həmin şəxslər də dərhal nəzarətə götürüldü. Hazırda rayon ərazisində bu xəstəliklə bağlı müraciət edən yoxdur. Tibbi heyətimiz gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir, yerlərdə COVİD-19-la bağlı vəziyyətə nəzarət olunur".