Dənizkənarı Bulvar İdarəsi özünün və tabeliyindəki 4 təşkilatın 2019-cu ildəki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının auditinə dair elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Abak-Az Crowe LTD” MMC-dir.
Qalib şirkətə 10 min manat ödəniləcək.