“Pandemiya xəstəxanalarında yaranan tullantılar xüsusi maşınlarla daşınır”.Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. “Cəlilabad Rayon Xəstəxanasında nümayiş olunan tullantılar daşınmaq üçün yığılmışdı. Bu mənzərənin bir daha təkrar olunmaması üçün bütün tədbirlər görülüb”, - deyə Y. Qarayeva qeyd edib.