• 27 İyul 2024
logo
Yaqut Qarayeva: “Digər xəstələrin müalicəsi üçün yoluxmanın səviyyəsini azaltmalıyıq”

Yaqut Qarayeva: “Digər xəstələrin müalicəsi üçün yoluxmanın səviyyəsini azaltmalıyıq”

“Koronavirusa yoluxanlardan başqa, digər xəstələrin müalicəsi üçün yoluxmanın səviyyəsini azaltmağa çalışmalıyıq”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, əks halda digər xəstələr tibbi xidmət almaqda çətinlik çəkə bilərlər: “İnsanlar karantin rejiminə ciddi əməl etsin, özlərini, yaxınlarını qorusunlar”.