• 6 İyul 2025
logo
Prezidentin köməkçisi: “Xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var”

Prezidentin köməkçisi: “Xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var”

“Azərbaycan dövləti Qarabağ müharibəsi ilə yanaşı koronavirus müharibəsi şəraitində yaşayır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, hər kəs koronavirus müharibəsində qələbəyə öz töhfəsini verməlidir: “5 iyula qədər Azərbaycanın bəzi yerlərində xüsusi karantin rejimi uzadılıb. Xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var”.