• 18 Sentyabr 2020
logo
Hande Harmancı Qubada çəkdirdiyi və sosial şəbəkədə yayılan fotosu barədə danışdı

Hande Harmancı Qubada çəkdirdiyi və sosial şəbəkədə yayılan fotosu barədə danışdı

İnsanların rayonlara getməsi ilə bağlı qərarın verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Qubada çəkdirdiyi və sosial şəbəkədə paylaşdığı şəkli barədə də danışan H.Harmancı qeyd edib ki, həmin gün evdən bayıra çıxmaq üçün bir qadağa yox idi: "Mən həmin zaman insanlar arasında da olmamışam".

Xatırladaq ki, ötən həftələrdə H.Harmancının Qubada çəkdirdiyi foto karantin rejimi ilə əlaqədar sosial şəbəkələrdə birmənalı qarşılanmamışdı.