• 23 Sentyabr 2020
logo
Ağstafa rayonuna yeni prokuror təyin edildi

Ağstafa rayonuna yeni prokuror təyin edildi

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Cəfərov Anar Novruz oğlu Ağstafa rayon prokuroru təyin edilib.

Kamran Əliyevin digər əmri ilə Gəncə şəhər prokurorunun müavini Nəsif Nəcəfova Neftçala rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.