• 18 Sentyabr 2020
logo
179 müəssisədə COVID-19-la bağlı metodiki göstərişlərə əməl edilmədiyi aşkarlandı

179 müəssisədə COVID-19-la bağlı metodiki göstərişlərə əməl edilmədiyi aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən koronavirusun profilaktikası çərçivəsində daha 322 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

24 iyun 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 91 ictimai iaşə obyekti, 231 ərzaq satışı mağazası olmaqla ümumilikdə 322 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 179-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

◾ Xətai rayonunda “Berlin MP” market
◾ Suraxanı rayonunda “İmza” market

Digər şəhər və rayonlar üzrə:
◾ Goranboy rayonunda “Gülüstan” market
◾ Xaçmaz rayonunda “İstanbul” kafe, Ramazanov Nazim Ənvər oğluna məxsus quru meyvələrin satışı mağazası, Hacıbəyov Şahbala Bəybala oğluna məxsus ərzaq mağazası
◾ Sabirabad rayonunda “Oba” market, “Ümid” market və Miraslanov Əmiraslan Əfqan oğluna məxsus ərzaq mağazası
◾ Qax rayonunda Ömərov Feyzulla İmamsöyün oğlu və Bayramov Mahir Yusif oğluna məxsus ərzaq mağazaları
◾ Gədəbəy rayonunda “Görüş” və “Laçın” kafeləri
◾ Lənkəran rayonu, Şiləvar kəndində “Panda” market və Ləvəngi dairəsində “Qulamoff” market
◾ Ağsu rayonunda Adıgözəlov Şamo Mais oğluna məxsus restoran, Quliyev Rzağa Gündüz oğluna, Şeydayev Rüstəm İslam oğluna və Ağasızadə Usub Asəf oğluna məxsus ərzaq mağazaları
◾ Göyçay rayonunda Qasımov Cavid Nazim oğluna məxsus ərzaq mağazası, İbrahimov Eldəniz Dursunəli oğluna məxsus ət satışı mağazası
◾ İsmayıllı rayonunda Əkbərli Orxan Allahverdi oğluna məxsus ərzaq mağazası
◾ Beyləqan rayonunda “Yaşıl Ada” və “Xan Qızı” restoranları

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.