• 9 Dekabr 2019
logo
add image
Dənizdə batan 19 yaşlı şəxsin meyiti tapılıb

Dənizdə batan 19 yaşlı şəxsin meyiti tapılıb

İyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.