Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”), Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə neft-qaz maşınqayırması sahəsində əməkdaşlığın inkişafı mövzusunda video-konfrans formatında görüş keçirilib.
“Azpromo”dan verilən məlumata görə, görüşdə “Azpromo”nun departament rəhbəri Zöhrab Qədirov ölkədə yaradılan əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, ixracın genişləndirilməsi istiqamətində Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Video-konfransda Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorları, o cümlədən neft-qaz maşınqayırma sahəsinin inkişafı istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırılıb, Rusiya iş adamlarını Azərbaycanlı həmkarları ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə dəvət edilib.
Video-konfrans çərçivəsində Rusiyanın “Texnoloji Təşəbbüslər İnstitutu”nun standartlaşdırma və sertifikatlaşdırma üzrə sənaye təşkilatının təqdimatı dinlənilib.