• 27 İyul 2024
logo
Həftəsonu baş verən yol qəzalarında 6 nəfər ölüb

Həftəsonu baş verən yol qəzalarında 6 nəfər ölüb

Azərbaycanda şənbə və bazar günləri baş verən yol qəzalarının statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb.