• 27 İyul 2024
logo
Gədəbəydə dolu nəticəsində kəndlərə dəyən ziyan hesablanır

Gədəbəydə dolu nəticəsində kəndlərə dəyən ziyan hesablanır

Ötən gün Gədəbəy rayonuna qar və dolu yağıb. Qar fəsad törətməsə də, rayonun Arıxdam, Söyüdlü, Qaradağ və ətraf kəndlərinə, eləcə də rayon mərkəzinə yağan dolu kənd təsərrüfatına ziyan vurub.

Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Natiq Nağıyev APA-ya bildirib ki, hadisə nəticəsində əkin sahələrinə, qaz xətlərinə ziyan dəyib, həmçinin kənd yolarında müəyyən keçidlər dağılıb. Gecə saatlarından hadisə yerinə komissiya üzvləri və texnikalar səfərbər edilib, dağılmış yolar bərpa olunub. Hazırda kəndlərə dəymiş ziyan hesablanır, komissiya üzvləri kəndlərə baxış keçirir.