• 29 Sentyabr 2020
logo
Rəşad Mahmudov: “Gələcəyimizə münasibətdə cəmiyyət olaraq məsuliyyətli olmalıyıq”

Rəşad Mahmudov: “Gələcəyimizə münasibətdə cəmiyyət olaraq məsuliyyətli olmalıyıq”

Hələ də Azərbaycan cəmiyyətində həqiqətən koronavirusun olub-olmaması barədə suallara rast gəlirik. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib. Rəşad Mahmudov deyib ki, cəmiyyətlərin reaksiyaları xəstəliyə qarşı mübarizədə əsas rol oynayacaq: "Hər bir səhiyyə sisteminin bəlli bir potensialı var. Biz gələcəyimizə münasibətdə cəmiyyət olaraq məsuliyyətli olmalıyıq. Bugünkü dünya bizə diktə edir ki, əlimizdə bu qədər məlumatlar olduğu bir vaxtda daha böyük təhlükələrə gedən yolda həmrəylik nümayiş etdirək. Bu mübarizədə uğur qazanmaq üçün dövlətin və hökumətin ortaya qoyduğu məsələlərə həssas yanaşmaq lazımdır.