• 27 İyul 2024
logo
Karantin rejimi ilə bağlı SMS xidməti bərpa edilir, ictimai iaşə obyektlərində yerində xidmət dayandırılacaq

Karantin rejimi ilə bağlı SMS xidməti bərpa edilir, ictimai iaşə obyektlərində yerində xidmət dayandırılacaq

"SMS xidməti istifadəyə veriləcək, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq".

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, muzey və sərgilərin fəaliyyəti və açıq havada idman oyunları dayandırılacaq.

O nəzərə çatdırıb ki, 65 yaş və daha yuxarı yaşlı insanların evdən çıxması məhdudlaşdırılmır: "Ancaq bu insanlar mümkün qədər evlərində təcrid vəziyyətində qalsınlar, bunu tövsiyə edirik. "Bakı Metropoliteni"nin fəaliyyəti, bulvar, park və istirahət məkanlarına giriş də məhdudlaşdırılmır".