• 24 Sentyabr 2020
logo
Azərbaycanın işğal altında olan ərazilərində indiyədək 94 nəfər koronavirusa yoluxub

Azərbaycanın işğal altında olan ərazilərində indiyədək 94 nəfər koronavirusa yoluxub

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 3 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 94 nəfərə çatıb.
İndiyədək xəstəlikdən sağalanların ümumi sayı 56 nəfərdir.

Hazırda 95 nəfər karantindədir, xəstəlikdən ölüm faktı isə qeydə alınmayıb.