Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 544 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 18 033 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 302 nəfərə çatıb.