• 27 İyul 2024
logo
İcra başçısı: Neftçalada karantin qaydalarına nəzarət gücləndirilib

İcra başçısı: Neftçalada karantin qaydalarına nəzarət gücləndirilib

COVİD-19 pandemiyası dövründə Neftçalada karantin qaydalarına riayət edilməsi nəzarətdə saxlanılır.

Bunu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov keçirdiyi onlayn mətbuat konfransında bildirib.

O qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində rayonda yoluxma səviyyəsi aşağıdır: "Həyata keçirilən tədbirlərlə əhali arasında maarifləndirmə tədbirləri gücləndirilib. Rayon İcra Hakimiyyəti daha çox onlayn prosedurlara üstünlük verib. İstər məktəblərdə, istərsə də bağçalarda onlayn tədris həyata keçirilib".