• 27 Mart 2025
logo
Bakıda karantin rejimini pozan şəxsdən narkotik aşkarlanıb

Bakıda karantin rejimini pozan şəxsdən narkotik aşkarlanıb

Bakı şəhərində karant rejimini pozan şəxsdən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 14-də Abşeron rayon sakini C.İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə xüsusi karantin qaydalarını pozduğuna görə Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı onun Yasamal rayonu ərazisində evlərdən və avtomobillərdən oğurladığı 2 ədəd kombi, su qızdırıcı, 3 ədəd maqnitofon, monitor, 4 ədəd mobil telefon, mətbəx bıçağı aşkar edilərək götürülüb.