• 25 Sentyabr 2020
logo
Vasif Əliyev: "Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib”

Vasif Əliyev: "Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib”

“Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
V. Əliyev deyib ki, o bu faktı təsdiqləyir: “Onun hər iki ağciyərinə ciddi sətəlcəm diaqnozu qoyulmuşdu. Xalq artisti ilə təmasda olan insanlara tövsiyə edilir ki, müraciət etsinlər. Çünki gec müraciət zamanı sağalma şansı azalır”.
Qeyd edək ki, T. Mustafayevin koronavirusdan vəfat etmədiyinə dair iddialar var.