• 20 Sentyabr 2020
logo
“ASAN xidmət” vətəndaşlara sosial çağırış edib

“ASAN xidmət” vətəndaşlara sosial çağırış edib

“ASAN xidmət” 14 iyun - Ümumdünya Qan Donoru Günü münasibəti ilə vətəndaşlara sosial çağırış edib.
Qurumdan verilən məlumata görə, "ASAN Xidmət"in sosial şəbəkə hesablarında talassemiyalı uşaqlara dəstək məqsədi ilə fotolar paylaşılıb. Paylaşımda onlar üçün hər kəsin qan verməyə hazır olduğu sosial çağırışı əks olunub.
Azərbaycanda 1500-dən çox talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır: "Könüllü qan donoru olmaq istəyən şəxslər Bakı şəhərində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankına, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrinə müraciət edə bilərlər"