• 23 Sentyabr 2020
logo
Beynəlxalq uçuşlar dayananda artıq 178 min 691 bilet satılmışdı - Eldar Hacıyev

Beynəlxalq uçuşlar dayananda artıq 178 min 691 bilet satılmışdı - Eldar Hacıyev

Beynəlxalq uçuşlar dayananda artıq 178 min 691 bilet satılmışdı və onlar istifadə edilməmişdi.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib.
Onun sözlərinə görə, bu biletləri əksər insanlar qaytarmaq istəmir: "Həmin şəxslər gözləyirlər ki, AZAL nə zamansa beynəlxalq uçuşları bərpa edəndən sonra həmin biletlərlə səyahət etsinlər".