• 27 İyul 2024
logo
Aviabiletlərin pulunu geri almaq nə zaman mümkün olacaq?

Aviabiletlərin pulunu geri almaq nə zaman mümkün olacaq? - RƏSMİ AÇIQLAMA

"Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən biletinin pulunu geri almaq istəyən sərnişinlər qarşısında bütün öhdəliklər həyata keçiriləcək.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
E.Hacıyev qeyd edib ki, bu, uçuşlar bərpa edildikdən 60 gün sonra mümkün olacaq.
O, həmçinin əlavə edib ki, biletinin vaxtını dəyişdirmək istəyənlərə vauçerlər təqdim ediləcək.