• 23 Sentyabr 2020
logo
Uçuş həyata keçirəcək şəxsin koronavirus testi ödənişsiz aparılacaq

Uçuş həyata keçirəcək şəxsin koronavirus testi ödənişsiz aparılacaq

Naxçvan-Bakı reysi üzrə uçuş həyata keçirəcək şəxsin koronavirus testi ödənişsiz aparılacaq.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib.
Onun sözlərinə görə, vətəndaş onlayn bilet aldıqdan sonra AZAL və TƏBİB-in birgə hazırladığı elektron bazaya həmin şəxs barədə məlumat yerləşdirəcək:
“Vətəndaş elektron sistemdən biləcək ki, o nə vaxt və harada koronavirus testindən keçə biləcək. Qeyd edim ki, bu test dövlət tərəfindən ödənişsiz aparılacaq və 48 saat qüvvədə qalacaq".