• 28 Yanvar 2021
logo
Eldar Hacıyev: Hələlik, yerli aviareyslərin bərpasına qərar verilib

Eldar Hacıyev: Hələlik, yerli aviareyslərin bərpasına qərar verilib

Hələlik, Azərbaycan Hava Yollarında yerli aviareyslərin bərpa olunması qərara alınıb.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib.
Onun sözlərinə görə, xaricə uçuşlar barədə hələ ki, qərar verilməyib: "Biz qaydalarımızı bütün dövlətlərin hava yolları şirkətinə göndərmişik. Hansı şirkətkər bu qəydalara riayət etməklə Azərbaycana uçuş həyata keçirmək istəsə, bu məsələyə Operativ Qərargahda baxılacaq. Bundan sonra məsələ barədə razılıq əldə olunacaq. Beynəlxalq reyslərin bərpası barədə isə Operativ Qərargahın növbəti toplantılarında müzakirə ediləndən sonra qərar veriləcək".