• 30 Sentyabr 2020
logo
Uçuş zamanı hər hansı sərnişində COVID-19 xəstəliyinin əlamətləri olarsa, nə olacaq?

Uçuş zamanı hər hansı sərnişində COVID-19 xəstəliyinin əlamətləri olarsa, nə olacaq? - YENİ QAYDA

Azərbaycanda koronavirus infeksiyası - COVID-19 pandemiyası dövründə yerinə yetiriləcək sərnişin daşımaları ilə bağlı yeni qaydalar hazırlanıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, bu qaydalara əsasən, uçuş zamanı sərnişinlərdən birində COVID-19 xəstəliyinin əlamətləri müəyyən edildiyi zaman, o, digər sərnişinlərlə təmasın minimuma endirilməsi məqsədilə hava gəmisi salonunun arxa hissəsində təcrid ediləcək. Ona xidmət göstərmək üçün ayrıca təyyarə bələdçisi təyin ediləcək.
- sərnişinlər hava gəmisinə daxil olarkən ekipaj onlara tibbi maska, birdəfəlik istifadə üçün əlcəklər, həmçinin dezinfeksiyaedici heldən (sanitayzer) ibarət fərdi qoruyucu vasitələr dəsti təqdim edəcək;
- tualet kabinələrindən istifadə istisna olmaqla, uçuş müddətində salonda gəzməyə icazə verilmir;
- ekipajla təmasın minimuma endirilməsi üçün uçuş zamanı sərnişinlərə hermetik qablaşdırmada qida və birdəfəlik istifadə üçün yemək ləvazimatları təqdim ediləcək. Biznes və VIP sinif sərnişinlərinə hermetik bağlamada yerləşdirilən 4 növ qidanın təsvir olunduğu menyu kartı təqdim ediləcək. Pandemiya dövründə sərnişinlərə, birdəfəlik istifadə olunan qulaqcıqlar istisna olmaqla, yastıq, ədyal, planşet və digər ləvazimatlar təqdim olunmayacaq.