Azərbaycana çarter reyslərini yerinə yetirən heyət arasında koronavirusa yoluxma halları qeydə alınmayıb.
Trend-in məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
O əlavə edib ki, insanlar arasında maskadan istifadə halları artıb.