• 28 Yanvar 2021
logo
Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar təsdiqləndi

Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar təsdiqləndi

“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar” təsdiq edilib.
Bu barədə Baş Nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.
Qərarda deyilir:
“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan
Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi,
yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər
zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan
Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının
yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi
məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan
Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının
təşkili üzrə müvəqqəti Qaydalar” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Hava Yolları”
Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 11 iyun 2020-ci il
№ 199
2
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 11 iyun
tarixli 199 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan
Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin
daşımalarının təşkili üzrə müvəqqəti
QAYDALAR
1. Giriş
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının beynəlxalq
hava limanları əməkdaşlarının və sərnişinlərin sağlamlığının qorunması məqsədilə hazırda koronavirus COVID-19 (bundan sonra –
COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına,
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA), Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO), Beynəlxalq Hava Limanları
Şurasının (ACI), Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA)
və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təcrübə və tövsiyələrinə, o cümlədən xarici beynəlxalq aeroportların və aviaşirkətlərin
təcrübəsinə əsaslanaraq tərtib olunmuşdur.
1.2. Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar
arasında birbaşa hava-damcı yolu ilə və ya kontaminasiya olunmuş
səthlərə təmasdan sonra əllərlə ağız boşluğuna, gözlərə, buruna və
s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda
xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı
və (və ya) yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin
ağırlaşmalar müşahidə olunur.
1.3. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, fiziki
məsafənin (bundan sonra – məsafənin) saxlanılması, gözlərə, ağız
boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir.
İctimai yerlərdə ümumi istifadə edilən səthlərin mütəmadi
təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini
azaldır.
2. Ümumi göstərişlər
2.1. Sərnişinlər və uçuşları icra edən bütün aviadaşıyıcılar
əvvəlcədən aşağıdakılar haqqında məlumatlandırılmalıdırlar:
2.1.1. uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən
3
keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim
etməklə uçuşa buraxılırlar. Belə müayinə xərcləri sərnişinlərin özləri
tərəfindən ödənilir. Ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının
vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır;
2.1.2. arayışların yoxlanılması və üzərində müvafiq qeydlərin
aparılması terminalların girişində fəaliyyət göstərən tibb personalı
tərəfindən həyata keçirilir. Sərnişinlərin uçuşa qeydiyyatı və hava
gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilir;
2.1.3. Azərbaycan Respublikasına uçuşları icra edən bütün
aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən
keçən, nəticələri neqativ olan sərnişinləri arayış əsasında uçuşa
qəbul edir. Sərhəd nəzarəti zamanı belə arayışı təqdim edə bilməyən
Azərbaycan Respulikasının vətəndaşları iki həftəlik karantinə alınır,
xarici ölkələrin vətəndaşları isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcı hesabına həmin uçuşla geri qaytarılır;
2.1.4. Azərbaycan ərazisinə gəlmək məqsədilə və ölkədaxili
reyslərdə təyyarəyə minərkən COVID-19 testinin neqativ nəticələri
barədə arayış təqdim edən və ölkənin hava limanına daxil olduqdan
sonra müvafiq müayinə və testləşdirmədən keçən Azərbaycan
Respulikasının və xarici ölkə vətəndaşları iki həftəlik karantinə
alınma öhdəliyindən azad oluna bilərlər.
2.2. Müntəzəm beynəlxalq uçuşların bərpası ölkələrin, hava
limanlarının və aviadaşıyıcıların müəyyən etdiyi qaydalar və ümumi
sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, ikitərəfli əsasda
müqabil tərəflə əldə olunacaq razılaşma əsasında həyata keçirilir.
2.3. Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan
istifadə məcburidir. Tibbi maskaların xüsusi tələb (məsələn,
qeydiyyat və minik zamanı, uçuşqabağı təhlükəsizlik baxışı və
sərhəd nəzarəti proseduru icra olunarkən səlahiyyətli şəxsin tələbi
ilə) və zərurət olmadan (məs. qidalanma zamanı) çıxarılması yol
verilmir.
2.4. Hava limanında tibbi yoxlamanın operativ təşkili üçün
Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar
pasport məlumatlarının və COVID-19 müayinəsinə dair testin neqativ
nəticələri göstərilməklə, reysdəki sərnişinlər barədə məlumatın
(siyahının) belə yoxlamanı aparan quruma vaxtında ötürülməsi
məqsədilə hava limanında təyin edilmiş yerüstü xidmətlər göstərən
operatora SİTATEX vasitəsilə GYDADXH ünvanına əvvəlcədən
ötürməlidirlər.
2.5. Sərnişinlər uçuşdan ən azı 4 saat əvvəl aerovağzal
4
kompleksinə gəlməlidirlər.
2.6. Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına
icazə verilmir. Aviaşirkətlərin qaydalarına əsasən müəyyən edilən
yalnız şəxsi istifadə əşyalarının (noutbuk, portfel, qadın çantası və
s.) daşınması mümkündür.
2.7. Əhali sıxlığının qarşısının alınması məqsədilə qarşılayan
və yola salan şəxslərin terminala girişi qadağandır.
2.8. Sərnişinlər Azərbaycan Respublikasının hava limanlarında
tətbiq edilən xüsusi qayda, prosedur, məhdudiyyət və göstərişlər
barədə uçuşu icra edən aviadaşıyıcı tərəfindən əvvəlcədən xəbərdar
edilməlidir.
2.9. Bu Qaydaların tələblərini pozan şəxslər barəsində
qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi
barədə məlumat verilir.
3. Hava limanında prosedurlar (uçub getmə proseduru)
3.1. Aerovağzal kompleksinə və sərnişin terminalına yalnız
aşağıdakı şəxslərin daxil olmasına icazə verilir:
3.1.1. hava limanının və hava limanı ərazisində fəaliyyət
göstərən qurumların əməkdaşlarına;
3.1.2. sərnişinlərə (sağlamlıq imkanları məhdud sərnişinlər və
yetkinlik yaşına çatmayan sərnişinlər xüsusi əməkdaşlarla müşayiət
olunurlar).
3.2. Aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin və uçuşdan 48 saat əvvəl
COVID-19 müayinəsinə dair neqativ nəticəli arayışın mövcudluğunu
yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən, polis və tibb əməkdaşlarından ibarət postlar fəaliyyət göstərir.
3.3. Sərnişinlər yalnız tibbi maskalarla aerovağzal kompleksinə
buraxılırlar. Tibbi maskası olmayan sərnişinlərə girişdə maskalar
təqdim edilərək, aerovağzal kompleksinin ərazisində olduqları bütün
vaxt ərzində maskadan istifadə etmək öhdəliyi izah olunur.
Aerovağzal kompleksinə girişdə müvafiq avadanlıq (termal kamera
sistemləri) vasitəsilə şəxslərin hərarəti ölçülür. Bu məqsədlə termal
kameranın yanında təlim keçmiş, tibbi maskası, əlcəyi və eynəyi olan
ən azı 2 tibb işçisi fəaliyyət göstərir.
3.4. Hərarəti 37.50C-dən yuxarı olan şəxslər aerovağzal
kompleksinə buraxılmır, hava limanının girişindəki tibb məntəqəsinə
yönləndirilir, COVID-19-a şübhəli simptomlar müəyyən edildikdə,
5
xüsusi avtomaşın vasitəsilə sonrakı müayinə üçün müvafiq tibb
müəssisəsinə göndərilirlər. Bu barədə sərnişinin uçuşu nəzərdə
tutulan reysi yerinə yetirən aviaşirkətin nümayəndəsinə məlumat
verilir.
3.5. Sərnişinlər aviasiya təhlükəsizliyi üzrə ümumi baxışdan
keçərkən aviasiya təhlükəsizliyi əməkdaşları xüsusi döşəmə
işarələrinə əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət
olunmasına nəzarəti həyata keçirirlər.
3.6. Aviasiya təhlükəsizliyi üzrə ümumi baxışdan keçdikdən
sonra sərnişinlərin əlləri dezinfeksiya olunur.
4. Sərnişinlərin qeydiyyatı prosesi
4.1. Növbələrə nəzarət üçün təyin edilmiş əməkdaşlar
sərnişinləri qarşılayaraq reysin istiqamətini göstərirlər və terminalda
qeydiyyat üçün növbənin daha az olduğu müvafiq zonaya
keçmələrini təklif edirlər. Bu əməkdaşlar xüsusi döşəmə işarələrinə
əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət olunmasına
nəzarəti həyata keçirirlər.
4.2. Qeydiyyat prosesi başa çatdıqdan sonra sərnişinlər
bilavasitə qeydiyyat masası yanında təkrarən əllərini dezinfeksiya
edirlər.
4.3. Sərnişindən aviadaşıma üçün baqaj qəbul edildikdən
sonra həmin baqaj xüsusi ayrılmış yerdə dezinfeksiya edilir və
baqajın üzərinə dezinfeksiyanın həyata keçirildiyi barədə xüsusi
nişan vurulur.
4.4. COVID-19 əlamətlərinin olub-olmaması barədə sərnişinlərin sorğu edilməsi:
4.4.1. qeydiyyat zamanı əməkdaşlar COVID-19 əlamətlərinin,
yəni yüksək hərarət, öskürək və təngnəfəslik, ürəkbulanma, qusma,
ishal, əzələ ağrısı, boğaz, oynaq və ya baş ağrılarının olubolmadığını müəyyən etmək üçün sərnişinləri sorğu edirlər;
4.4.2. səhhəti pisləşən və yoluxucu xəstəlik əlamətləri olan
sərnişin aşkar edildiyi halda, belə sərnişin barədə dərhal növbətçi
tibb heyətinə məlumat verilir.
4.5. Uçuşqabağı yoxlama, steril zonaya və sərhəd nəzarəti
zonasına keçid:
4.5.1. növbələrə nəzarət üçün təyin edilmiş aviasiya təhlükəsizliyi əməkdaşı sərnişinləri qarşılayaraq, xüsusi döşəmə işarələrinə
əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət olunmasına
6
nəzarət edir;
4.5.2. aviasiya təhlükəsizliyi üzrə uçuşqabağı yoxlamadan
keçdikdən sonra sərnişinlər xüsusi ayrılmış yerdə təkrarən əllərini
dezinfeksiya edir, sonra xüsusi döşəmə işarələrinə əsasən növbəni
gözləyərək və məsafəyə riayət edərək sərhəd nəzarətindən keçirlər;
4.5.3. sərhəd nəzarəti başa çatdıqdan sonra əllər yenidən
dezinfeksiya olunur.
4.6. Sərnişinlərin hava gəmisinə daxil olması prosesi:
4.6.1. məsafənin təmin edilməsi məqsədilə hava gəmisinə
minik prosesi məhdud qruplarla, minik üzrə məsul əməkdaşın
göstərişlərinə əsasən zonal qaydada həyata keçirilir;
4.6.2. hava gəmisinə minik salondakı sonuncu sıraların
sərnişinlərindən başlayır. Minik sərnişinlər arasında məsafə
saxlanılması, şəxsi əşyaların hava gəmisi salonunda yerləşdirilməsi
və sərnişinlərin oturacaqlarda yerləşməsi üçün imkan yaradılması
nəzərə alınmaqla aparılır;
4.6.3. Təmasın minimuma endirilməsi məqsədilə miniyə daxil
olan sərnişin pasportun şəkli olan vərəqini minik üzrə məsul
əməkdaşa göstərir və minik talonunu xüsusi oxuyucudan keçirir;
4.6.4. minik prosedurundan keçən sərnişinin əlləri dezinfeksiya
olunur.
5. Uçuş zamanı prosedurlar
5.1. Ümumi prosedurlar:
5.1.1. uçuş heyəti bütün uçuş müddətində fərdi qoruyucu
vasitələrindən mütləq qaydada istifadə edir (tibbi maskalar, rezin
əlcəklər, üz sipərləri);
5.1.2. təhlükə səviyyəsi yüksək olan reyslər yerinə yetirilərkən
xüsusi qoruyucu kombinezon geyilir və eynək taxılır;
5.1.3. kabinə ekipajı tərəfindən sərnişinlərin sağlamlıq vəziyyəti
bütün uçuş zamanı müşahidə edilir;
5.1.4. sərnişinlərə bütün uçuş müddətində hava gəmisi
salonunda gəzmə, sanitar qovşağına gediş istisna olmaqla, yol
verilmir;
5.1.5. pilotlar xüsusi zərurət olmadığı təqdirdə təyyarənin
salonuna keçməməlidir.
5.2. Hava gəmisində məlumatlandırma:
5.2.1. epidemioloji vəziyyətlə əlaqədar sərnişinlərin və ekipaj
üzvlərinin sağlamlığı üçün təhlükənin minimuma endirilməsi
7
məqsədilə hava gəmisində davranış qaydaları haqqında sərnişinlərə
məlumat verilir (audio, video və s. vasitəsilə).
5.3. Uçuş zamanı xəstəliyə şübhəli şəxs aşkarlandığı təqdirdə
prosedurlar:
5.3.1. uçuş zamanı COVID-19 əlamətləri aydın müəyyən
edilən sərnişin aşkar edildiyi təqdirdə dərhal hava gəmisi kapitanına
məlumat verilməklə, həmin sərnişin respirator maska ilə təmin edilir
və digər sərnişinlərlə təhlükəsizlik məsafəsinin (ən azı 2 oturacaq)
saxlanılması məqsədilə onun yeri dəyişdirilir, mümkün olduqda isə
ən arxa oturacağa yerləşdirilir. Xəstəyə ilkin tibbi yardım göstərilir və
ilkin antiepidemik tədbirlər həyata keçirilir;
5.3.2. şərait imkan verdikdə, bir sanitar qovşaq xəstəliyə
şübhəli şəxs üçün ayrılır;
5.3.2. həmin şəxsə qulluq üçün bir təyyarə bələdçisi ayrılır,
bələdçi respiratorlu maskadan istifadə edir. Xəstəliyə şübhəli şəxsə
qulluq edən bələdçinin digər sərnişinlərlə və onların əşyaları ilə
təmasda olmasına yol verilmir;
5.3.3. xəstəliyə şübhəli şəxsin istifadə etdiyi qabların, əşyaların
ayrıca polietilen paketdə qablaşdırılması təmin edilir;
5.3.4. xəstəliyə şübhəli sərnişin və onun səhhətinin vəziyyəti
barədə məlumat pilot tərəfindən dispetçer vasitəsilə aidiyyəti üzrə
hava limanındakı tibb məntəqəsinə və əməliyyat mərkəzinə bildirilir;
5.3.5. xəstəliyə şübhəli şəxs son növbədə hava gəmisindən
təhlükəsizlik tədbirləri görülməklə çıxarılaraq tibb işçilərinə təhvil
verilir.
6. Uçub gəlmə proseduru
6.1. Sərnişinlərin hava gəmisindən çıxması zamanı məsafəyə
riayət etmələri tələb olunur. Kabinə ekipajı hava gəmisindən çıxış
zamanı sərnişinlərin toplaşmasının qarşısını almaq üçün çıxış
qaydasını tənzimləyir.
6.2. Terminal binasına daxil olarkən sərnişinlərin əlləri
dezinfeksiya olunur, həmçinin tibbi maskası olmayan sərnişinlərə
maska təqdim edilir.
6.3. Sərnişinlər terminal binasına daxil olduqda, tibb işçiləri
tərəfindən aşağıdakı yoxlama tədbirləri həyata keçirilir:
6.3.1.xüsusi avadanlıq vasitəsilə hərarətin ölçülməsi və lazım
olduqda xüsusi testləşdirmənin aparılması;
6.3.2.arayışların yoxlanılaraq sərhəd nəzarəti zamanı təqdim
8
edilməsi məqsədilə üzərində qeydlərin aparılması.
6.4. Belə yoxlama nəticəsində tibbi baxımdan şübhəli
məqamlar müəyyən olunarsa, Azərbaycan Respublikasının vətəndaşları dövlət hesabına, əcnəbi vətəndaşlar isə şəxsi və ya aidiyyəti
aviadaşıyıcı hesabına karantinə və ya müalicəyə alınırlar.
6.5. Sərnişinlər sərhəd nəzarəti zonasında xüsusi
döşəmə/məsafə işarələrinə əsasən məsafəyə riayət etməklə və
növbəli qaydada sərhəd nəzarətindən keçirlər və prosedur başa
çatdıqdan sonra əllərini dezinfeksiya edirlər.
6.6. Reyslə gəlmiş sərnişinlərin baqajı xüsusi ayrılmış yerdə
dezinfeksiya olunaraq alınması üçün baqaj lentinə göndərilir.
Sərnişinlər baqajın təhvil alınması zonasında məsafəyə riayət
olunması məqsədilə xüsusi döşəmə üzərində işarələnməni nəzərə
almaqla baqajı götürərək terminal ərazisini tərk edirlər.
7. Aerovağzal kompleksində prosedurlar
7.1. Məsafənin təmin edilməsi məqsədilə bütün aşağıda
göstərilən növbəgözləmə mərhələlərində və sərnişinlərin potensial
toplaşma yerlərində xüsusi döşəmə stikerləri / məsafə işarələri ilə
nişanlanır:
7.1.1. aerovağzal kompleksinə girişdə;
7.1.2. aviasiya təhlükəsizliyi üzrə baxış məntəqələrində;
7.1.3. sərnişinlərin qeydiyyatı zonasında;
7.1.4. sərhəd nəzarəti zonasında;
7.1.5. baqajın təhvil alınması zonasında.
7.2. Məsafənin təmin edilməsi, tibbi maskalardan istifadə,
əllərin dezinfeksiyası qaydaları, COVID-19 əlamətləri və profilaktik
tədbirlər barədə sərnişinlərin məlumatlandırılması məqsədilə
məlumat göstəriciləri, monitorlar və posterlərdən istifadə olunur.
7.3. Hava limanında xəstəliyə şübhəli şəxs aşkarlandığı
təqdirdə:
7.3.1. Gəldiyi reyslərdə:
1. təhlükəsizlik tədbirləri görülməklə şəxs tibb məntəqəsinə
aparılır;
2. tibb məntəqəsi 103 Təcili Təxirəsalınmaz Tibbi Yardım
(bundan sonra – 103 TTTY) xidmətinə məlumat verir;
3. tibb məntəqəsi xəstəlik halını qiymətləndirdikdən sonra,
“COVID-19 şübhəli hal barədə məlumat forması” ilə birlikdə xəstəni
103 TTTY əməkdaşlarına təhvil verir;
4. şəxsin gəldiyi hava yolu şirkəti ilə əlaqə yaradılır, iki ön, iki
9
arxa və iki yan oturacaqlardakı şəxslərin məlumatları götürülür və
TƏBİB-ə bildirilir;
5. COVID-19 şübhəli xəstə, 103 TTTY xidməti vasitəsilə Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyi (bundan sonra – TƏBİB)
tərəfindən müəyyən edilmiş xəstəxanaya daşınır.
7.3.2. Transfer:
1. xəstəliyə şübhəli şəxs növbəti reysə minik icra edilənədək,
tibbi personalın müşahidəsi altında xüsusi ayrılmış otağa yerləşdirilir;
2. şəxsin gəldiyi hava yolu şirkəti ilə əlaqə yaradılır, iki ön, iki
arxa və iki yan oturacaqlardakı şəxslərin məlumatları götürülür və
TƏBİB-ə bildirilir;
3. aviadaşıyıcı belə sərnişin haqqında müvafiq qaydada
məlumatlandırılır;
4. aviadaşıyıcı tərəfindən icazə verildikdə sərnişin uçuşa
buraxılır;
5. xüsusi müşahidə altında digər sərnişinlərlə məsafəni təmin
etmək şərtilə təyyarəyə keçirilir;
6. belə icazə verilmədikdə sərnişin şəxsi və ya gəlmə uçuşunu
icra etmiş aviadaşıyıcı hesabına karantinə və ya müalicəyə alınır.
8. Hava gəmilərində təmizlik və təminat prosedurları,
salonların təmizlənməsi və dezinfeksiyası
8.1. Hava gəmisi salonlarının təmizlənməsi və dezinfeksiyası
hava gəmisi geri uçuş yerinə yetirərkən və uçuşdan sonra həyata
keçirilir.
8.2. Tullantıların utilizasiyası ehtiyat tədbirlərə riayət olunmaqla
və səlahiyyətli sanitar orqanların tövsiyələrinə müvafiq qaydada
həyata keçirilir.
8.3. Hava gəmisi kabinəsində havatəmizləyici filtrlərə nəzarət
və onların dəyişdirilməsi epidemioloji vəziyyət zamanı müəyyən
edilmiş reqlamentə uyğun həyata keçirilir.
8.4. Təyyarədə oturacaqların cibində yerləşən, istifadəsi
birdəfəlik olanlar istisna olmaqla, digər kartlar, bukletlər və s.
təsdiqlənmiş dezinfektantlarla zərərsizləşdirilir.
8.5. Təyyarədə oturacaqların cibində bioloji materiallarla
kontaktı olan vasitələrin atılması üçün ağzı kip bağlanan paketlər
olur.
9. Qida təminatı
10
9.1. Uçub gedən hava gəmiləri üçün:
9.1.1. xidmətə cəlb olunan bütün işçilər qida təminatı sexindən
çıxış zamanı prosedura əsasən qoruyucu vasitələrdən (maska,
eynək, əlcəklər) istifadə etməlidirlər;
9.1.2. avtolift təmiz olmalı və dezinfeksiya edilməlidir;
9.1.3. hava gəmisinə yaxınlaşarkən işçilər hava gəmisinə
xidmət proseduruna uyğun hərəkət etməlidirlər;
9.1.4. ketrinq xidməti tərəfindən istifadə olunan hava gəmisi
avadanlığı (arabalar, sobalar, bokslar və s.) təmiz olmalı və
dezinfeksiya edilməlidir;
9.1.5. sərnişinlərə xidmət üçün birdəfəlik istifadə qabları təqdim
olunmalıdır;
Hava gəmisinə xidmət başa çatdıqdan sonra bazaya qayıdış
və qoruyucu vasitələrin utilizasiyası həyata keçirilir.
9.2. Uçub gələn hava gəmiləri üçün:
9.2.1. xidmətə cəlb olunan bütün işçilər qida təminatı sexindən
çıxış zamanı prosedura əsasən qoruyucu vasitələrdən (maska,
eynək, əlcəklər) istifadə etməlidirlər;
9.2.2. avtolift təmiz olmalı və dezinfeksiya edilməlidir;
9.2.3. hava gəmisinə yaxınlaşarkən işçilər hava gəmisinə
xidmət proseduruna uyğun hərəkət etməlidirlər;
9.2.4. hava gəmisindən qabların və ketrinq xidməti tərəfindən
istifadə olunan hava gəmisi avadanlığı (arabalar, sobalar, bokslar və
s.) çıxarılmalıdır;
9.2.5. hava gəmisinin boşaldılması başa çatdıqdan dərhal
sonra avtoliftin daxili hissəsi dezinfeksiya edilməlidir;
9.2.6. bazaya qayıdış, avadanlıq boşaldılmalı, avtolif yuyulmalı
və dezinfeksiya edilməlidir;
9.2.7. birdəfəlik istifadə qabları, qida tullantıları və qoruyucu
vasitələr utilizasiya olunmalıdır.
10. Hava gəmilərində məişət xidmətləri proseduru
10.1. Uçub gedən hava gəmiləri üçün:
10.1.1. xidmətə cəlb olunan bütün işçilər sanitar-məişət xidməti
binasından çıxış zamanı prosedura əsasən qoruyucu vasitələrdən
(maska, eynək, əlcəklər) istifadə etməlidirlər;
10.1.2. avtonəqliyyat təmiz olmalı və dezinfeksiya edilməlidir;
10.1.3. hava gəmisinə yaxınlaşarkən işçilər hava gəmisinə
xidmət proseduruna uyğun hərəkət etməlidirlər;
10.1.4. hava gəmisinə xidmət başa çatdıqdan sonra bazaya
11
qayıdış və qoruyucu vasitələr prosedura uyğun utilizasiya
olunmalıdır.
10.2. Uçub gələn hava gəmiləri üçün:
10.2.1. xidmətə cəlb olunan bütün işçilər sanitar-məişət xidməti
binasından çıxış zamanı prosedura əsasən qoruyucu vasitələrdən
(maska, eynək, əlcəklər) istifadə etməlidirlər;
10.2.2. avtonəqliyyat təmiz olmalı və dezinfeksiya edilməlidir;
10.2.3. hava gəmisinə yaxınlaşarkən işçilər hava gəmisinə
xidmət proseduruna uyğun hərəkət etməlidirlər;
10.2.4. hava gəmisi təmizlənməli və dezinfeksiya edilməlidir;
10.2.5. ləvazimatlar və tullantılar çıxarılmalıdır;
10.2.6. hava gəmisinin boşaldılması başa çatdıqdan dərhal
sonra avtonəqliyyatın daxili hissəsi dezinfeksiya edilməlidir;
10.2.7. bazaya qayıdış, ləvazimatların boşaldılmalı, avtonəqliyyat yuyulmalı və dezinfeksiya edilməlidir;
10.2.8. istifadə olunmuş ləvazimatlar və qoruyucu vasitələr
utilizasiya edilməlidir.
11. Təmizlik və dezinfeksiya işləri üzrə tələblər
11.1. Həyata keçirilən təmizlik-dezinfeksiya işləri səthlərin
xüsusiyyətləri, təmizlik - dezinfeksiya qaydaları nəzərə alınmaqla və
müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır.
11.2. Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı
ardıcıllığa riayət edilməlidir:
11.2.1. mexaniki təmizlik - quru çirklər və tullantılar səthlərdən və
məkandan uzaqlaşdırılır;
11.2.2. təmizləmə - isti su və lazımi hallarda yuyucu
vasitələrdən istifadə etməklə həyata keçirilir;
11.2.3. durulama - istifadə edilmiş yuyucu vasitə qalıqlarının
səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə
edilir;
11.2.4. dezinfeksiya - istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir;
11.2.5. dezinfeksiyadan sonra durulama - bu mərhələdə içmək
üçün yararlı sudan istifadə edilir.
11.3. Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət
yetirilməli məqamlar aşağıdakılardır:
11.3.1. istifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və
istifadə qaydası mütləq nəzərə alınmalıdır;
11.3.2. lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə
12
edilməməlidir;
11.3.3. digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq
məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma
üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;
11.3.4. dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;
11.3.5. dezinfeksiya işlərini həyata keçirən işçi heyətə xüsusi
qoruyucu vasitələrlə (əlcək, maska və s.) təmin edilməlidir;
11.3.6. dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər
başa çatdıqdan sonra havalandırılmalıdır;
11.3.7. dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd
edilən səthlər üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət
edilməlidir.
11.4. Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə
edilən dezinfeksiya maddələri:
11.4.1. giriş-çıxışlardakı ayaqaltılıqlar (xlor tərkibli məhlul və ya
digər);
11.4.2. qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya
digər);
11.4.3. vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün
nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və
ya digər);
11.4.4. oturacaqlar, rəflər, masalar, pərdələr və s. (spirt tərkibli
məhlul və ya digər);
11.4.5. çoxmərtəbəli hava limanlarında eskalatorlar və onların
tutacaqları, liftlər və onların idarəetmə paneli (spirt tərkibli məhlul və
ya digər);
11.4.6. aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə texniki
avadanlıq;
11.4.7. döşəmələr (xlor tərkibli məhlul və ya digər);
11.4.8. sanitar qovşaqları (xlor tərkibli məhlul və ya digər);
11.4.9. tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya
digər);
11.4.10. tullantı qabları (spirt tərkibli məhlul və ya digər);
11.4.11. müxtəlif təyinatlı terminallar (spirt tərkibli məhlul və ya
digər);
11.4.12. sərnişinlərin istifadəsi üçün nəzərdə tutulan hava
limanı avadanlığı (əşyaların qoyulması üçün nəzərdə tutulmuş
qablar, baqaj arabaları, hərəkət qabiliyyəti məhdud olan sərnişinlər
üçün oturacaqlar, “Self chek-in” qeydiyyat köşkləri, E-gate-lər
13
(avtomatlaşdırılmış immiqrasiya nəzarəti), ticarət avtomatları və s.)
12. Şəxsi gigiyenaya dair tələblər
12.1. İşçi heyət hava limanındakı antiepidemik rejimlə tanış
edilir və xidmət sahəsinə uyğun fərdi qoruyucu vasitələrlə təmin
olunur.
12.2. Sərnişinlərlə bilavasitə əlaqədə olan xidmət əməkdaşları
(nəzarət-buraxılış məntəqəsində təhlükəsizlik xidmətinin əməkdaşları, qeydiyyat və minik agentləri, hərəkət qabiliyyəti məhdud olan
sərnişinlərə xidmət üzrə agentlər) tibbi maskalardan əlavə üz sipəri
və əlcəklərdən istifadə edirlər.
12.3. Fərdi qoruyucu vasitələrdən istifadə ediləcəyi təqdirdə,
onlar mütəmadi olaraq dəyişdirilir.
12.4. İstifadə edilmiş fərdi qoruyucu vasitələr bunun üçün
xüsusi nəzərdə tutulmuş ağzı kip bağlanan plastik qablara atılır.
12.5. Sərnişinlər və ya işçi heyət bütün mərhələlərdə yoxlama
məntəqələrinə yaxınlaşmazdan əvvəl əllər üçün dezinfeksiyaedici
vasitələrdən istifadə edə bilər.
12.6. Dezinfeksiyaedici vasitələr aşağıdakı yerlərdə təmin
edilir:
12.6.1. aviasiya təhlükəsizliyi üzrə bütün baxış
məntəqələrində;
12.6.2. qeydiyyat və “Self check-in” duracaqlarında;
12.6.3. sərhəd nəzarətində;
12.6.4. minik zonasında;
12.6.5. transfer zonasında;
12.6.6. ASAN VİZA aparatlarının yerləşdiyi zonada (fəaliyyət
göstərdiyi təqdirdə);
12.6.7. baqajın təhvilalınma zonasında.
12.7. Hər kəs sanitar qovşağından istifadədən, asqırma və
öskürmədən, sənədlərlə təmasdan, siqaret çəkdikdən sonra və s.
əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidir.
12.8. Əllərin gigiyenasına dair aşağıdakılar edilməlidir:
12.8.1. əllər axar su ilə isladılmalı və sabunulamalı;
12.8.2. əlləri sabunla ovuşdurulub, barmaqların və dırnaqların
arası yaxşı sabunlanmalı;
12.8.3. sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalı;
12.8.4. əlləri axar suyun altında mükəmməl durulanmalı;
12.8.4. əlləri təmiz salfetlərlə qurulanmalı;
14
12.8.5. sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol
(spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməli.
12.9. Tibbi maskalardan ümumi istifadə qaydaları:
12.9.1. maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və
maska arasındakı boşluqları minimuma endirmək şərtilə taxılmalıdır;
12.9.2. istifadə zamanı maskanın ağızla təmasda olan
hissəsinə əllə toxunmaq olmaz;
12.9.3. maska çıxarılarkən müvafiq qaydalara əməl edilməlidir
(maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri
vasitəsilə çıxarılmalıdır);
12.9.4. maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli,
yaxud sabun və su ilə təmiz yuyulmalıdır;
12.9.5. maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi
vacibdir;
12.9.6. birdəfəlik maskalardan təkrar istifadə edilməsinə yol
verilmir;
12.9.7. birdəfəlik maskaların istifadəsindən sonra onların
zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.
13. İşçi heyətə dair tələblər
13.1. Təyyarə ekipajının ictimai nəqliyyat vasitəsilə hərəkət
etməsi mümkün qədər məhdudlaşdırılmalıdır.
13.2. Təyyarə ekipajı mümkün qədər ictimai yerlərdə olmaqdan
çəkinməlidir.
13.3. İşə gəlməzdən əvvəl özündə COVID-19 əlamətləri
(qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) hiss edərsə rəhbərinə
xəbər verərək evdə izolyasiya olunmalı və tibbi xidmətin təmin olunması
məqsədilə 103 TTTY müraciət etməlidir.
13.4. İş zamanı özündə COVID-19 əlamətləri (qızdırma, quru
öskürək, nəfəs darlığı, ishal və s.) hiss edən işçi dərhal işini
dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya
edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY-ə
müraciət edilməlidir.
13.5. Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir.
13.6. Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi
halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və
cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdırlar.