• 27 İyul 2024
logo
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.
Brifinqdə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva jurnalistləri maraqlandıran suallara cavab verir.
Qeyd edək ki, ölkədə ümumilikdə 8 530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3 708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.