Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan koronavirus testlərinin ümumi sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək 356 032 koronavirus testi aparılıb.
Son sutkada aparılmış testlərin sayı isə 6832 olub.