• 1 Oktyabr 2020
logo
Yaşı 65-dən yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən çıxmamaları tövsiyə olunur

Yaşı 65-dən yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən çıxmamaları tövsiyə olunur

Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, digər günlərdə 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, eyni zamanda kütləvi yoluxma hallarının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi müddətində respublika üzrə ictimai yerlərində, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağanına, qoruyucu vasitələrdən istifadə edilməsi qaydalarına ciddi əməl olunması tələb edilir.