• 28 Mart 2025
logo
DİN: Yasamal rayonunda vətəndaşı təhqir edən polis işdən çıxarılıb, həmin vətəndaşdan üzr istənilib

DİN: Yasamal rayonunda vətəndaşı təhqir edən polis işdən çıxarılıb, həmin vətəndaşdan üzr istənilib

Yasamal rayonunda vətəndaşı təhqir edən polis işdən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.