• 28 Mart 2025
logo
Azərbaycanda COVID-19-a yoluxanların sayı 7876 nəfərə çatıb, 4377 nəfər sağalıb, 93 nəfər vəfat edib

Azərbaycanda COVID-19-a yoluxanların sayı 7876 nəfərə çatıb, 4377 nəfər sağalıb, 93 nəfər vəfat edib

Hazırkı dövrədək Azərbaycan 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343391 test aparılıb.