• 28 Mart 2025
logo
Bakıda polis xroniki xəstəliyi olan şəxsi xəstəxanaya çatdırdı

Bakıda polis xroniki xəstəliyi olan şəxsi xəstəxanaya çatdırdı

Bakının Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisə bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini, xroniki xəstəliyi olan qadının səhhətində qəfil problem yaranıb. Qadının həyat yoldaşı ərazidə xidmət aparan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına müraciət edərək, onlardan kömək istəyib.

Çağırışa dərhal və təxirəsalınmaz müdaxilə edən polis əməkdaşları xəstəni şəxsi avtomobillə xəstəxanaya çatdırıblar.