• 28 Mart 2025
logo
Bakıda polislər hamilə qadına yardım edib

Bakıda polislər hamilə qadına yardım edib

Hadisə ötən gün axşam saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Vətəndaş axşam saat 23:30 radələrində Xəzər Rayon Polis İdarəsinin (RPİ) ərazidə xidmət aparan əməmdaşlarına yaxınlaşaraq 1985-ci il təvəllüdlü həyat yoldaşının vəziyyətinin pisləşdiyi barədə məlumat verib.

Polis əməkdaşları dərhal xidməti avtomobilləri ilə həmin vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzin ginekologiya şöbəsinə çatdırıblar.