• 25 Sentyabr 2020
logo
İşğal altında olan Azərbaycan ərazilərində koronavirusa yoluxanların sayı 57-yə çatıb

İşğal altında olan Azərbaycan ərazilərində koronavirusa yoluxanların sayı 57-yə çatıb

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma halları artır.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, daha 3 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da, işğal altındakı ərazilərimizdə COVID-19-a yoluxanların sayı 57-yə çatıb.

Virusa yoluxanlardan 26 nəfəri sağalıb, xəstəlikdən ölüm faktı qeydə alınmayıb.