• 5 İyul 2020
logo
Milli Məclisə gələn jurnalistlərdən tibbi maska taxmaq tələb olunur

Milli Məclisə gələn jurnalistlərdən tibbi maska taxmaq tələb olunur

Bu gün Milli Məclisin plenar iclası ilə əlaqədar parlamentə gələn jurnalistlər mütləq tibbi maska taxmalıdır.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi xəbərdarlıq edib.

Xəbərdarlıqda qeyd edilib ki, jurnalistlər plenar iclasda iştirak edərkən mütləq tibbi maskadan istifadə etməlidirlər.