Bakı metropoliteni stansiyalarında və keçidlərdəki eskalatorlar xüsusi dezinfeksiya edici qurğularla təchiz oluna bilər.
Bunu "APA-Economics"ə "Sumaks" startap şirkətinin icraçı direktoru Cavid Məmmədov deyib.
Onun sözlərinə görə, dezinfeksiya işləri qurğuda istifadə olunan ultra bənövşəyi işıqlar vasitəsilə aparılır: "Eskalatorun daim hərəkətdə olan sürahiləri davamlı şəkildə bu qurğunun içindən keçərək dezinfeksiya olunacaq. İlkin olaraq bu qurğunun "ASAN xidmət" mərkəzlərində tətbiq olunacağı gözlənilir, daha sonra isə digər qurumlara təklif olunacaq".