• 29 Mart 2024
logo
Sabahdan Azərbaycanın ən böyük ticarət mərkəzi fəaliyyətə başlayır

Sabahdan Azərbaycanın ən böyük ticarət mərkəzi fəaliyyətə başlayır

Azərbaycanın və Qafqazın ən böyük ticarət mərkəzi sabahdan şəaliyyətə başlayır.
Trend-in məlumatına görə, "Dəniz Mall" sabahdan fəaliyyətə başlayır. Bu barədə ticarət mərkəzinin səhifəsində deyilir.
Qeyd olunur ki, ticarət mərkəzinə daxil olarkən koronovirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir:
"Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, "Dəniz Mall" 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronovirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifafə etməyinizi xahiş edirik. Qeyd edək ki, ticarət mərkəzində yerləşən kinoteatr, əyləncə mərkəzləri və bütün iaşə obyektləri Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən bir müddət daha fəaliyyət göstərməyəcək".
"Dəniz Mall" Dənizkənarı Bulvarın ərazisində yerləşir.
Ticarət mərkəzinin qeyri-adi dizaynı Azərbaycan gerbinin səkkizgüşəli ulduzundan ilhamlanmış londonlu dizayner Çapman Teylor tərəfindən qurulub.