• 20 Aprel 2024
logo
Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans formatında tədbir keçirib

Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans formatında tədbir keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində Quba və Xaçmaz rayonlarından Skautlar Assosiasiyasının üzvlərinin iştirakı ilə videokonfrans formatında tədbir keçirilib.
Ombudsman Aparatından verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev iştirakçılara Müvəkkilin 28 May- Respublika Günu münasibətilə təbriklərini çatdırıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla əlaqədar Müvəkkilin təşəbbüsü ilə 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan Hüquqları Aylığı” keçirilir.
Ombudsman təsisatı tərəfindən xüsusi karantin rejimi çərçivəsində də daxil olan müraciətlərə həssaslıqla yanaşıldığı və diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Mövzu ətrafında geniş müzakirə aparılıb, iştirakçıların sualları ətraflı cavablandırılıb.