• 27 Noyabr 2020
logo
FAO Azərbaycanda pandemiyanın nəticələrinin aradan qaldırmaq üçün layihələr həyata keçirməyi planlaşdırır

FAO Azərbaycanda pandemiyanın nəticələrinin aradan qaldırmaq üçün layihələr həyata keçirməyi planlaşdırır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılmasına yönəlmiş müxtəlif layihələr həyata keçirməyi planlaşdırır.
Bunu Trend-ə FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.
O deyib ki, bu istiqamətdə Azərbaycanın dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində iş aparılır:
Melek Çakmak qeyd edib ki, bu ilin may ayında FAO Azərbaycanın Ağdaş və Qax rayonlarından olan 7 arıçıya fermada istifadə üçün müxtəlif vasitələr verib.
Çakmak hazırda Azərbaycanda istehsal olunan ərzaq məhsullarının kifayət qədər qənaətbəxş olduğunu vurğulayıb, həmçinin daxili bazarda tələbatın fasiləsiz ödənilməsini təmin etmək üçün tədarük zəncirini və beynəlxalq ticarət səviyyəsini qorumaq lazım gəldiyini əlavə edib.
Onun sözlərinə görə, FAO-nun əsas məqsədi pandemiyadan sonra kənd təsərrüfatı zəncirindəki boşluqları doldurmaq, ərzaq istehsalının dayanıqlılığını təmin etmək və təbii ehtiyatların daha səmərəli idarə olunması üçün mümkün qədər çox ölkəyə dəstək verməkdir.
Çakmak FAO-nun ölkədəki nümayəndəliyinin hazırda üç əsas proqramda müxtəlif layihələr həyata keçirdiyini qeyd edib.
Qeyd edək ki, FAO ilə Azərbaycan arasında 2016-cı ildə əməkdaşlıq proqramı imzalanıb və proqram 2016-2020-ci illəri əhatə edir.
Azərbaycan 1995-ci ilin 20 oktyabr tarixində FAO-ya üzv seçilib. 2007-ci ilin avqust ayında FAO-nun Orta Asiya üzrə Subregional Ofisinə daxil olan ölkələri arasında ilkin olaraq, Azərbaycanda Nümayəndəlik Ofisi (Representative Office) açılıb.