• 25 Noyabr 2020
logo
Ramin Bayramlı: “Koronavirusun mutasiyası və ikinci dalğa ilə bağlı bir çox məsələ sual altındadır”

Ramin Bayramlı: “Koronavirusun mutasiyası və ikinci dalğa ilə bağlı bir çox məsələ sual altındadır”

“Hazırda dünyada pandemiyanın birinci mərhələsi yaşanır”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, qaydalara riayət olunsa, epidemik ocaqlar sönəcək: “Əksinə olsa, qış aylarında epidemiyanın ikinci dalğası gələ bilər”.
R. Bayramlı nəzərə çatdırıb ki, son həftələrdə 7 gündən sonra təkrar pozitiv çıxan hallar artır: “Mütəxəssislər düşünür ki, mutasiyanın baş verməsi buna səbəb ola bilər. Ona görə də mutasiya və ikinci dalğa ilə bağlı bir çox məsələ sual altındadır”.