• 5 Dekabr 2020
logo
Azərbaycanda koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür

Azərbaycanda koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür

Azərbaycanda koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, Gəncə-Qazax bölgəsində yoluxma 13, 6 faiz, Aran bölgəsində 11,1 faiz, Abşeronda 9,2 faiz, Lənkəranda 8,6 faiz, Quba-Xaçmazda 1,5 faiz, Yuxarı Qarabağda 1,1 faiz, Şəki-Zaqatalada 1,1 faiz, Dağlıq Şirvanda 1,1 faiz, Naxçıvanda 0,1 faiz təşkil edir. Yoluxanların 5,4 faizi xaricdən gələnlərdədir.